“Azərsu" ASC “Maksimal tutumu bir tonluq olan konteynerlərdə maye xlorun satın alınması” üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır. Müsabiqə dekabr ayının 21-də başlayır. Tələb olunan sənədlər yanvarın 13-dək, təkliflər isə yanvarın 24-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 25-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Moskva prospekti 67, AZ 1012 Bakı,
Maye xlor və konteynerlərə dair texniki tələblər:
1. Maye xlor ГОСТ 6718-93 (İSO 2120-72, İSO 2121-72) və ya alternativ standartların tələblərinə uygun hazırlanmalıdır .
2.Maye xlor konteynerin əsas materialı 09Г2C növlü olmalıdır.
3. Maye xlorun fiziki-kimyavi göstəriciləri.
3.1 Xlorun həcmi 99.8 %- dən yüksək.
3.2 Suyun miqdarı 0.01 %-dən aşagı.
3.3 Üç xlorlu azotun miqdarı 0.002%-dən aşagı.
3.4 Buxarlanmayan qalığın miqdarı 0.015%-dən aşagı.
4. Nişanlanma.
4.1 Maye xlorun daşınması ГОСТ 14192 və ya alternativ standartlarının tələblərinə uygun nişanlanma ilə həyata keçirilməlidir.
4.2 Konteynerlərin üzərinə “XLOR” və “ZƏHƏRLƏYİCİ QAZ” yazıları vurulmalıdır.
4.3. Hər partiya üzrə mallar təhvil verilərkən uyğunluq sertifikatı təqdim olunmalıdır.
4.4. Maye xlorun çatdırılması hər 16 gündən bir 40 ton miqdarında təhvil verilməlidir.
Malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN