Bakı Nəqliyyat Agentliyi satınalma işləri ilə bağlı keçirtdiyi 6 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, agentlik 6 fərqli şirkətlə müqavilə bağlayıb. Müqavilələrin şərtləri belədir :
1. Bakı Nəqliyyat Agentliyi tərəfindən Media monitorinq informasiya xidmətinin satın alınması məqsədilə keçirilmiş kotirovka sorğusu prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusu prosedurunun nəticələri haqqında müsabiqə komissiyasının 28 fevral 2019-cu il tarixli yekun protokoluna əsasən Press Service Məlumat-Araşdırma Agentliyi MMC qalib elan edilmiş və həmin təşkilatla 16 aprel 2019-cu il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb.
2. Bakı Nəqliyyat Agentliyi tərəfindən 100 (bir yüz) ədəd planşetin satın alınması məqsədilə keçirilmiş kotirovka sorğusu prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusu prosedurunun nəticələri haqqında müsabiqə komissiyasının 15 mart 2019-cu il tarixli yekun protokoluna əsasən Mi Mobile MMC qalib elan edilmiş və həmin təşkilatla 16 aprel 2019-cu il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb.
3. Bakı Nəqliyyat Agentliyi tərəfindən balansında olan avtonəqliyyat vasitələrinin əsaslı təmir xidmətinin satın alınması məqsədilə keçirilmiş açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tender prosedurunun nəticələri haqqında müsabiqə komissiyasının 19 mart 2019-cu il tarixli yekun protokoluna əsasən Azertexservis MMC qalib elan edilmiş və həmin təşkilatla 16 aprel 2019-cu il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb.
4. Bakı Nəqliyyat Agentliyi tərəfindən balansında olan avtonəqliyyat vasitələrinin sürtkü materialları ilə təminatı və dövri texniki baxımının satın alınması məqsədilə keçirilmiş açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tender prosedurunun nəticələri haqqında müsabiqə komissiyasının 19 mart 2019-cu il tarixli yekun protokoluna əsasən Azertexservis MMC qalib elan edilmiş və həmin təşkilatla 16 aprel 2019-cu il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb.
5. Bakı Nəqliyyat Agentliyi tərəfindən kompüter, monitor və çox funksiyalı çap avadanlıqlarının satın alınması məqsədilə keçirilmiş açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tender prosedurunun nəticələri haqqında müsabiqə komissiyasının 19 mart 2019-cu il tarixli yekun protokoluna əsasən Technomap MMC qalib elan edilmiş və həmin təşkilatla 16 aprel 2019-cu il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb.
6. Bakı Nəqliyyat Agentliyi tərəfindən dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə keçirilmiş açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tender prosedurunun nəticələri haqqında müsabiqə komissiyasının 19 mart 2019-cu il tarixli yekun protokoluna əsasən Antaris MMC qalib elan edilmiş və həmin təşkilatla 16 aprel 2019-cu il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb.