İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması məqsədilə açıq tender elan edir.
Eləcə də bax: İcbari Tibbi Sığorta Agentliyi tender - ELAN ETDİ
FED.az xəbər verir ki, malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanından (Əlaqələndirici şəxs: Anar Rəhimov, Telefon: (+99412) 310-07-70 (daxili: 2022), E-mail: [email protected]) ala bilərlər.
Tender 1 lot üzrə keçirilir:
LOT-1. Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması;
İştirak haqqı:
LOT-1. 1,500.00 (bir min beş yüz) manat;
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs
VÖEN: 1701911851
Hesab: AZ52AIIB38090019440013375105
Bank: "Kapital Bank" ASC-nin Səbail filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200059
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T.BIK -AIIBAZ2X
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3) Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış (Tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır);
4) İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (Tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır);
5) İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
6) Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 90 bank günü qüvvədə olmalıdır);
7) Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
8) Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd- Kommersiya məhkəməsindən və ya Dövlət Vergi Xidmətindən Yüklülük haqqında arayış (Tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır);
9) Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);
10) Tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış (malgöndərən uçotda olduğu statistika orqanından alır);
11) Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış (Tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır);
12) Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
13) İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
14) Tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;
15) İddiaçılar təklif etdikləri avtomobillərin həm şassisi, həm də üst qurğusu istehsalçısından Azərbaycan üzrə eksklüziv satış və servisini təsdiq edən istehsalçı firmanın etibarnaməsi avtorizasiya məktubunu (MAF) təqdim etməlidirlər. Sənədin əsli qiymət təklifi ilə birlikdə PDF formatında təqdim edilməlidir. Sənəd təqdim edilmədiyi halda iddiaçının tender təklifi müsabiqədən kənarlaşdırılacaqdır.
16) Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini qapalı, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə 2 nüsxədə ("Əsli" və "Surəti") təqdim etməlidirlər. İddiaçıların təkliflərinin "Əsli" və "Surəti" arasında fərqlər olduqda üstünlük "Əsli" sözü yazılmış nüsxəyə veriləcəkdir. Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq qaydada leqallaşdırılmış və ya apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30.09.2022-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10.10.2022-ci il saat 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 11.10.2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İddiaçı əsas şərtlər toplusunun məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri tam olaraq öyrənməlidir. Əsas şərtlər toplusunu almış iddiaçının əsas şərtlər toplusunun məzmunundan, o cümlədən təlimatlardan, forma və şərtlərdənkənar təklif verməsi onu bu məsuliyyətdən azad etmir.
Tender komissiyası