“Azərbaycan Dəmir Yolları” QSC ““Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər” layihəsi çərçivəsində İKT avadanlıqlarının satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumunun 3,7 milyonluq tenderini “Ricon” MMC - UDDU
FED.az xəbər verir ki, tenderin qalibi “İnfinitech” MMC olub.
Şirkətlə 1 066 986 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 240 ədəd notbuk, 120 ədəd fərdi komputer, 75 ədəd monitor (27 inc), 10 ədəd bucaqlı monitor, 5 ədəd monitorda istifadə üçün qələm, hər birindən 50 ədəd olmaqla şunurlu maus, transresever (min 40 km ), naqilsiz maus və klavyatura, və şunurlu klavyatura , hər birindən 30 ədəd olmaqla veb kamera, çox funksiyalı keçirici, çanta və çox funksiyalı guc qaynağı, 6 ədəd məlumat keçirici və 2000m fiber optik kabel satın alınacaq.