İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" üzrə tibbi avadanlıqların və ləvazimatların satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “İmago Co” MMC olub.
Qalib şirkətə 1 049 256 manat ödəniləcək.
Bu qiymətə daxildir :
50 ədəd elektron tərəzi yenidoğulmuşlar üçün
20 ədəd oftalmoloji linzalar dəsti
100 ədəd otoskop oftalmoskop dəst
200 ədəd elektrokardioqramma (EKQ) 6 kanal
5 ədəd USM neonatal probla
100 ədəd elektron tonometr (6-10 yaş manjet)
5 ədəd portativ rentgen