Bu ilin dekabrın 3-də dövlət qurumlarının balansında olan avtomobillər hərraca çıxarılacaq.
FED.az xəbər verir ki, nəqliyyat vasitələri Milli Məclisin İşlər İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Səhiyyə Nazirliyi və digər dövlət qurumlarına məxsusdur.
Qeyd edək ki, hərrac Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.