Xəbər verildiyi kimi, Azərbaycanda getdikcə daha çox dövlət qurumu ofis sahəsi problemini icarəyə ofis götürmək üsulu ilə həll edir.
FED.az-ın məlumatlarına görə, belə hallar daha çox yeni yaranan dövlət qurumları və onların bölmələrində qeydə alınır. Bu büdcədən böyük vəsaitlərin ayrılmasına səbəb olub. Əvəznidə müxtəlif şirkət və fiziki şəxslər dövlət qurumlarının ofis icarəsindən ciddi gəlir götürürlər.
FED.az-ın araşdırmasına görə, son 3 ildə - 2020-2021-2022-ci ildə, eləcə də 2023-cü ilin ilk aylarında Azərbaycanda dövlət qurumları ofis icarəsi üçün müxtəlif şirkət və fiziki şəxslərə 8,5 milyon manata yaxın vəsait ödəyiblər.
Bu sahədə bağlanan ən böyük müqavilənin qiyməti 1 milyon manata yaxındır.
Belə böyük xərclərin nə dərəcədə məqsədə uyğun olub olmaması mübahisəlidir. Belə ki, belə böyük icarə haqqı ödəməkdənsə, həmin vəsaitlər hesabına və ya dövlət əmlakının hesabına qurumların öz ofis sahəsi ilə təmin edilməsi variantı daha məqsədəuyğun ola bilərdi.
Hazırda ofisa sahəsini icarəyə götürən dövlət qurumları və onların icarədarları aşağıdakıdır: