Son illərdə ekoloji cəhətdən daha təmiz və enerji baxımından qənaətcil nəqliyyat vasitələrinə maraq artmaqdadır.
Dövlət Agentliyi 170 min manatlıq geyim alır - TENDER UDULDU
FED.az xəbər verir ki, bu tendensiya Azərbaycandakı dövlət qurumlarının satınalmalarında da aydın şəkildə özünü göstərir. 2019-cu ildən etibarən müxtəlif dövlət qurumları tərəfindən hibrid və elektrik mühərrikli avtomobillərin alınması üçün ümumilikdə 3.543.286,72 AZN dəyərində satınalmalar həyata keçirilib.
Qeyd edək ki, hibrid avtomobillərlə bağlı ən iri məbləğli tender Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi tərəfindən 2024-cü ilin dekabrında keçirilib. Bu tender çərçivəsində “Auto Azərbaycan” MMC-dən 2.184.000 AZN dəyərində 42 ədəd “Hyundai Sonata” markalı hibrid avtomobil satın alınıb. Başqa sözlə 1 avtomobilin qiyməti 52 min manat təşkil edib.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 17 352 742 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil İsmayılov Hüseyn oğludur. Hüquqi ünvanı AZ1108, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 118 ünvanında yerləşir.
Ən iri məbləğli müqavilə “Auto Azərbaycan” MMC ilə bağlansa da, "Toyota Absheron Mərkəzi" MMC hibrid avtomobillərin satınalınması üzrə keçirilən tenderlərdə ən fəal iştirakçı olub. Şirkət 4 ayrı tenderdə qalib gələrək ümumilikdə 811 530 AZN dəyərində müqavilələr imzalayıb.
Qeyd edək ki, "Toyota Absheron Mərkəzi" MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Əhmədov Mahmud oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi, ev 6 km ünvanında yerləşir.
Daha detallı aşağıdakı cədvəldə:
№ |
Satınalan təşkilatın adı |
Qalibin adı |
Qalibin VÖEN-i |
Satınalma predmeti |
Məbləğ |
Tarix |
1 |
"Regional Su Meliorasiya Xidməti" PHŞ |
"İmprotex Motors" MMC |
1400064731 |
BMW 530E Plug-in Hibrid markalı avtonəqliyyat vasitələrinə texniki xidmət |
4.131,72 AZN |
24.07.2025 |
2 |
Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Tabeliyində Uşaqlarin Müdafiəsi İdarəsi |
Azərbaycan Avtomobil Evi MMC |
1803094311 |
Changan Nevo A05 Plug İN Hibrid avtomobilinin satın alınması |
30.000 AZN |
20.05.2025 |
3 |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ |
"Toyota Absheron Merkezi" MMC |
3103678821 |
3 ədəd hibrid mühərrikli avtomobillərin satın alınması |
206.700 AZN |
10.01.2025 |
4 |
"Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC |
“Auto Azərbaycan” MMC |
1500040601 |
“42 ədəd “Hyundai Sonata” markalı (hibrid) nəqliyyat vasitəsi”nin |
2.184.000 AZN |
17.12.2024 |
5 |
Heydər Əliyev Mərkəzi |
"Green Car" MMC |
1902166951 |
Mərkəzin avtomobil parkının yeni nəsil nəqliyyat vasitələri ilə təmin edilməsi üçün hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin satınalınması . |
107.000 AZN |
18.11.2024 |
6 |
Dövlət Ekoloji Ekspertiza Agentliyi PHŞ |
"Ramma" QSC |
1302345421 |
SUV tipli hibrid nəqliyyat vasitəsinin satın alınması |
84.025 AZN |
23.09.2024 |
7 |
Azərbaycan Tibb Universiteti |
Toyota Absheron Mərkəzi |
3103678821 |
Toyota Avalon limited (2.5 hibrid) markalı avtomobilin satın alınması |
110.300 AZN |
06.05.2024 |
8 |
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" PHŞ |
"Toyota Absheron Merkezi" MMC |
3103678821 |
2 ədəd hibrid mühərrikli, krosover tipli nəqliyyat vasitələrinin satınalınması |
136.680 AZN |
27.07.2023 |
9 |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ |
“Toyota Abşeron Mərkəzi” MMC |
3103678821 |
Hibrid mühərrikli avtomobillərin satın alınması |
357.850 AZN |
21.07.2023 |
10 |
"Azərbaycan Metrologiya İnstitutu" PHŞ |
"Toyota Gəncə Mərkəzi" MMC |
1701495311 |
Maliyyə və təsərüfat şöbəsinin Təchizat və təsərüfat sektoru üçün 4 (dörd) ədəd yeni hibrid mühərrikli, sedan tipli avtonəqliyyat vasitələrinin satınalınması |
188.000 AZN |
20.07.2023 |
11 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
"Toyota Gəncə Mərkəzi" MMC
|
1701495311
|
Hibrid mühərrikli krossover tipli nəqliyyat vasitəsinin satın alınması
|
67.300 AZN |
21.10.2019 |
12 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
"Toyota Gəncə Mərkəzi" MMC |
1701495311
|
Hibrid mühərrikli krossover tipli nəqliyyat vasitəsinin satın alınması
|
67.300 AZN |
11.09.2019 |
YEKUN: 3.543.286,72 AZN |