“Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin içməli suların satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin ləğvinə səbəb iddiaçıların sayının yetərli olmamasıdır.
Tender komissiyasının qərarında ləğvetmə səbəbi belə göstərilib: “Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır”.
Qeyd edək ki, satınalmanın ehtimal olunan qiyməti 15 788 manat təşkil edirdi.










