FED.az xəbər verir ki, “Azərkosmos” ASC Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) işləyən heyət və ƏYPİM-ə gələn qonaqlar üçün iaşə (katerinq) xidmətinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Azərkosmos” ASC) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Azərkosmos” ASC-nin əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində iaşə (katerinq) xidmətinin satınalınması üçün açıq tender keçirir və bu sahədə xidmət göstərən hüquqi və fiziki şəxsləri tenderdə iştiraka dəvət edir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.
Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- şirkətin tam adı, hüquqi statusu, rekvizitləri haqqında məlumat, təsis sənədləri;
- şirkətin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Qeyd olunan sənədlər tender prosedurunun başlanmasına ən azı 7 bank günü qalmış təqdim olunmalıdır.
Tenderdə iştirak etmək üçün müraciət edənlərin satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı, xidmət göstərən satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə təcrübəsi olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalı, satınalma prоsedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaхud satınalma müqaviləsinin bağlanması üçün iхtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum edilməməsi, yaхud оnların müvafiq peşə fəaliyyətləri ilə məşğul оlmasının məhkəmə qaydasında qadağan edilməməsi vacibdir.
Tenderdə iştirak haqqı 166 (yüz altmış altı) manatdır və heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqı “Azərkosmos” ASC-nin aşağıdakı bank hesabına ödənilməlidir:
Bankın adı: ”Azərpoçt” MMC PF1
Bankın kodu: 691011
VÖEN : 9900037711
M/h: AZ76NABZ01350100000000094944
H/h : AZ77AZPO91015461200420100090
S.W.I.F.T. AZPOAZ22
Tender təklifinin qüvvədə olma müddəti - 30 (otuz) bank günü.
Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1%-i (bir faiz) məbləğdə, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır.
Satın alınan iaşə xidməti müqavilə imzalandığı gündən başlayaraq 365 günü əhatə etməlidir. Müqaviləni imzalayacaq qalib şirkət xidmətin göstərilməsinə müqavilə imzalandığı gündən 1 (bir) iş günü ərzində başlamalıdır.
Qalib iddiaçı, tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində maliyyə və ixtisas meyarları əsasında seçiləcəkdir.
Tender təklifi (bank zəmanəti ilə birgə) 6 noyabr 2018-ci il Bakı vaxtı ilə saat 18.00-a qədər “Azərkosmos” ASC-yə (ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72, M5) təqdim edilməlidir.
Tender proseduru 7 noyabr 2018-ci il Bakı vaxtı ilə saat 11.00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında (yuxarıda qeyd olunan ünvanda) başlayacaqdır.
Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə müraciət etmək olar.
a) elektron poçtla:
[email protected]
Tender komissiyasının sədri - Saməddin Əsədov
[email protected]
Təşkilati işlər departamentinin direktoru - Yaşar Hacıyev
[email protected]
Satınalmalar üzrə mütəxəssis – Ceyhun Əliyev
b) telefonla: (+994) 012 5650055.
Dövlət qurumu iaşə (katerinq) xidməti alır - TENDER
09:56
22 Sen 2018