FED.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi bələdçi və yedək gəmilərin icarəsi xidmətinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR
Tender 2 (iki) lot üzrə keçirilir.
Lot-1. Bələdçi gəmisinin icarəsi xidmətinin satınalınması.
Lot-2. Yedək gəmisinin icarəsi xidmətinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 1996 nömrəli (AFEN Plaza) ünvandan ala bilərlər.
Təşkilat: Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi
(VÖEN: 1701638971)
Bank: ABB Nərimanov filialı
Ünvan: Bakı şəhəri, H.Əliyev küçəsi, 94
Kod: 805540
VÖEN(bank): 9900001881
SWIFT: İBAZAZ2X
M/h: AZ03NABZ01350100000000002944
H/h: AZ33İBAZ38060019445719805206
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 25 sentyabr 2018-ci il saat 15.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 3 oktyabr 2018 ci il saat 15.00-dək Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinə (ünvan: AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 1996 nömrəli ünvana (AFEN Plaza) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 4 oktyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).
Əlaqələndirici şəxs: Əmrah Abbasov, telefon: 012-564-34-46
Faks: 012-564-49-18
E-mail: [email protected]
Ünvan: AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 1996 (AFEN Plaza).
Dövlət qurumu gəmi icarəyə götürür - TENDER
09:29
24 Avq 2018