Dövlət Nef Fondunun 2 tenderi ləğv edilib.
FED.az xəbər verir ki, tenderlərdən aşağıdakı səbəblərə görə imtina edilib.
Dövlət Neft Fondu tərəfindən 23 noyabr 2022-ci il il tarixində dövlət satınalmalarının vahid internet Portalında (https://www.etender.gov.az) Serverlərin soyutma qurğularına texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) satın alınması üçün açıq tender üsulu ilə keçirilmiş elektron satınalma müsabiqəsində qeydiyyatdan keçmiş iddiaçıların sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-4.2-ci maddəsinin tələbinə əsasən, bu LOT üzrə satınalma proseduru ləğv edilib.
Xatırldadaq ki, həmin qanunun 50-4.2-ci maddəsinə görə elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.
Dövlət Neft Fondu tərəfindən 25 noyabr 2022-ci il il tarixində dövlət satınalmalarının vahid internet Portalında (https://www.etender.gov.az) Avtonəqliyyat vasitələrinə (BMW,Toyota, Mazda və Volkswagen) texniki xidmətin (ehtiyyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması üçün kotirovka sorğusu üsulu ilə keçirilmiş elektron satınalma müsabiqəsi qiymət təklifi təqdim etmiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu LOT üzrə satınalma prosedurunun davamından imtina edilib.
Bu qanunun 11.1-ci maddəəsinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.