FED.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR
Lot - 1. Nesus lisenziyasının bir il müddətinə uzadılması.
Lot - 2. Fiziki təhlükəsizlik üzrə mühəndis- texniki avadanlıqlarının ehtiyat hissələrinin satınalınması.
Lot - 3. Bakı şəhəri ərazisində yerləşən mərkəzlərdə Fondun əməkdaşları üçün bədən tərbiyəsi və idman xidmətlərinin satınalınması.
Lot - 4. Schneider markalı transformatorlara, aşağı və orta gərginlikli elektrik qurğularına texniki xidmətin satınalınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satınalınmasını əhatə edir.
Tender prosedurları 5 sentyabr 2018-ci il yerli vaxtla saat 10.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılışı ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-podratçının ixtisas göstəricilərinə dair məlumat;
-tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);
-podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.
Podratçılardan tələb olunan sənədlər 27 avqust 2018-ci il yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 4 sentyabr 2018-ci il yerli vaxtla saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Hər bir lot üçün iştirak haqqı 100 (yüz) manat məbləğdə müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165.
VÖEN: 9900041961
H/h: AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxslər Lot-1-2 üzrə Nailə Məmmədli (dax: 9005), Lot- 3 üzrə Səidə Ağayeva (daxili: 8001), Lot -4 üzrə isə Əli Rzayev (daxili: 1005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax: 8025)).
Dövlət Neft Fondu – TENDER ELANI
11:26
21 İyul 2018