Dövlət Neft Fondu “Kiber təhlükələrin aşkarlanması və cavablandırılması həllinin satın alınması və tətbiqi” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 350 manatdır, müsabiqə noyabr ayının 10-da başlayır, tələb olunan sənədlər noyabrın 30-dək, tender təklifləri isə dekabr ayının 8-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 9-da açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165