Azərbaycan Respublikası Dövlət Neft Fondu İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub, İT təhlükəsizlik sistemləri və s.) texniki xidmətin satın alınması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 25-i, saat 10:00-a qədər, tender təklifi və bank təminatını isə dekabrın 3-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portal vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi dekabrın 4-də, saat 10:00-da portalda açıqlanacaq.
Ünvan: Şərifzadə 241
Ülvi Abdullayev - Şöbə müdiri
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Telefon: (99412) 498 77 53, daxili: 1210