Dövlət Neft Fondu fasad işıqlandırma qurğularına texniki xidmətin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900041961
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Müsabiqənin başlama tarixi və vaxtı: 30.05.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 20.06.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 03.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 04.07.2023 10:00
Satınalma müqaviləsi üzrə ödəmələr hər bir sifariş üzrə xidmət tam təhvil verildikdən və bunu təsdiq edən təhvil-təslim aktı tərtib olunduqdan sonra, Malgöndərənin təqdim etdiyi müvafiq mühasibatlıq sənədləri (eqaimə, hesab faktura və s.) əsasında 15 (on beş) bank günündən gec olmayaraq nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Çatdırılma yeri - AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Çatdırılma müddəti - Xidmət satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində təhvil verilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elşad Bağırov, Müdir
Email: [email protected]
Əlaqə telefonu: (99412) 498 77 53, daxili: 1010
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Nizamnamə
Dövlət reyestrindən çıxarış
Rekvizitlər
Dövlət qeydiyyatı haqqında şəhadətnamə
Hansı sahibkarlıq subyektinə (mikro, kiçik, orta, iri) mənsub olması haqqında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən arayış
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (məhkumluq barədə arayış)
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
İxtisas göstəriciləri:
İddiaçının müvafiq sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin olması
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Görüləcək işlərin təsviri: - İnzibati binanın kolonlarında, qüllə və podium hissəsində quraşdırılmış fasad işıqlandırma qurğularına baxış keçirmək və mövcud olan nasazlıqları müəyyən etmək; - Müəyyən olunmuş nasazlıqları (təmir və sərfiyyat materialları sifarişçi tərəfindən təqdim olunmaqla) ən qısa müddətdə aradan qaldırmaq; - Təmirə ehtiyac duyulan hissələrin (sürücülərin) təmirini həyata keçirmək; - İşqlandırmanı təmin edən elektrik xətlərində meydana gələn oksidləşmələri müəyyən etmək və müvafiq qaydada bərpa etmək; - Boşalmış bağlantı nöqtələrini bərpa etmək; - Təxirəsalınmaz hallarda sifarişçinin sifarişinə uyğun olaraq qurğulara yerində baxış keçirmək və yaranmış nasazlığı həmin gün aradan qaldırmaq.