Dövlət Neft Fondu içməli suyun (dispenserlərlə təminat daxil olmaqla) satın alınması ilə bağlı təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 0 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900041961
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Müsabiqənin başlama tarixi və vaxtı: 04.08.2023 14:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 21.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 22.08.2023 10:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr hər sifariş üzrə Mallar təhvil verildikdən və bunu təsdiq edən təhvil-təslim aktı (aktları) tərtib olunduqdan və imzalandıqdan sonra, Malgöndərənin təqdim etdiyi müvafiq mühasibatlıq sənədləri (eqaimə, hesab faktura və s.) əsasında ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə satınalan təşkilat tərəfindən nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Çatdırılma yeri - AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Çatdırılma müddəti - Mallar Satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 (bir) il ərzində təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Nizamnamə
Dövlət reyestrindən çıxarış
Rekvizitlər
Dövlət qeydiyyatı haqqında şəhadətnamə
Hansı sahibkarlıq subyektinə (mikro, kiçik, orta, iri) mənsub olması haqqında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən arayış
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (məhkumluq barədə arayış)
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Müsabiqədə iştirak etmək üçün ərizə
Tender təklifinin qiymətinin təsviri
AZS 282-2007 standartının tələblərinə uyğun Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemindən alınmış uyğunluq sertifikatının surəti
İSO 9001 və İSO 22000 standartının tələblərinə uyğunluğu təsdiq edən sertifikatın
İxtisas göstəriciləri:
İddiaçının müvafiq sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin olması
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Abdulla Böyükkişiyev, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (99412) 498 77 53, daxili: 1004
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Sayı -2500 ədəd