Dövlət Məşğulluq Agentliyi daha bir tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "REMS" MMC (VÖEN: 1905249401) seçilib.
Tenderdə İsmayıllı rayonu, Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun 16-cı kilometrliyində yerləşən “DOST EVİ” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi üçün malların alınması və quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Qalib şirkətə 985 898 manat ödəniləcək.
"REMS" MMC daha öncə də həmin agentliyin 303 993 manat dəyərindəki "Özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində “Potensial ABAD-çılara dəstək layihəsi” üzrə malların satın alınması" tenderini də qazanıb (19.01.2023).