Dövlət Məşğulluq Agentliyi "Bakı Peşə Hazırlığı Mərkəzinin inzibati binasının əsaslı təmirinin layihələndirilməsi işlərinin satın alınması" üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə fevral ayının 16-da başlayır.Tələb olunan sənədlər martın 13-dək, təkliflər isə martın 28-dək təqdim edilməlidir. Zərflər mart ayının 29-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1300144711
Satınalan təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Çatdırılma yeri: Bakı şəhəri
Çatdırılma müddəti: Layihələndirmə üzrə 29.12.2023-cü il tarixə, müəllif nəzarəti üzrə isə tikintinin davam etdiyi müddət ərzində