Dövlət Məşğulluq Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Abşeron-Xızı, Mil-Muğan, Lənkəran-Astara, Şəki-Zaqatala, Mərkəzi Aran, Dağlıq Şirvan və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə peşə hazırlığı mərkəzlərinin ixtisaslaşacağı peşə və ixtisasların müəyyən olunması ilə bağlı xidmətlərin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300144711
Satınalan təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Satınalma predmeti: Abşeron-Xızı, Mil-Muğan, Lənkəran-Astara, Şəki-Zaqatala, Mərkəzi Aran, Dağlıq Şirvan və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə peşə hazırlığı mərkəzlərinin ixtisaslaşacağı peşə və ixtisasların müəyyən olunması ilə bağlı xidmətlərin satın alınması
ÜSL kod (kateqoriya): 79311000-7 Sorğu xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 15.05.2023 19:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 07.06.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.06.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 19.06.2023 15:00
Çatdırılma yeri - Respublika ərazisi
Çatdırılma müddəti - 3 ay
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) -Ceyhun Mehdi, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 0555282910
Tələblər: Hər bir iqtisadi rayonları əhatə edən fərqli sektorlarda minimum 20 mikro, 60 kiçik, 30 orta və 2 iri işəgötürən arasında sorğu (sorğu anketinin forması sifarişçi ilə razılaşdırılmaqla) aparılmalı, icra olunan müvafiq dövlət proqramları, strategiaya sənədləri təhlil edilməlidir. Sorğu üzrə hesabatda müəssənin adı, VÖEN, rəyi soruşulan səlahiyyətli əməkdaşın soyadı, adı, vəzifəsi, əlaqə telefon nömrəsi, elektron poçt ünvanı və cavabı əks olunmalıdır. Sorğu zamanı iqtisadi rayonların әsas sosial-iqtisadi göstәricilәri, təbii ekoloji, coğrafi, demoqrafik inkişaf potensialının, habelə dövlət özəl və ictimai əməkdaşlıq imkanlarının araşdırılması əsasında peşə və ixtisaslara olan ehtiyaclar müəyyən edilməli, iqtisadi rayon üzrə peşə hazırlığı mərkəzinin profili, tədris olunacaq ən azı 15 peşə və ixtisas barədə təkliflər təqdim olunmalıdır.