Dövlət Məşğulluq Agentliyi Nəqliyyat vasitələrinin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Eləcə də bax: Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları - ALACAQ
FED.az xəbər verir ki, qalib şirkət "Autouniversal" MMC-dir.
Dövlət Məşğulluq Agentliyi qalib şirkət ilə məbləği 834 min 260 manat olan müqavilə bağlayıb.
Qeyd edək ki, "Autouniversal" Fiat avtomobillərinin Azərbaycanda dileridir.
İndiyədək "Autouniversal" şirkəti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kimi bir çox qurumların tenderlərində qalib olub. (Marja)