İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir.
"Azərenerji" 1,3 milyon manata nə alacaq? - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, elanda satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması nəzərdə tutulub.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və ona birbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir. Qeyd edək ki, tender çərçivəsində tikinti şirkətləri üçün vacib şərt təqdim olunub. Şərtdə qeyd olunur ki, təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 50 000 kv.m-dən az olmamalıdır. Yəni bir şirkət ümumi sahəsi azı 50 000 kv.m sahəsi olan evlər təqdim etməlidir. Şəhərdə evlərin orta sahəsini götürəndə bu o deməkdir ki, tenderdə 500-600 mənzili olan tikiniti şirkəti iştirak etməlidir.
Ümumilikdə isə satın alınacaq mənzillərin sahəsi 100 000 m² təşkil edir. Əgər 213.666.666,67 AZN məbləğə 100 000 m² sahədə evlər alınacaqsa, o zaman 1 m²-nin qiyməti 2.136,67 AZN olacaq.
Müsabiqədə iştirak haqqı 10 000 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40
Ehtimal olunan qiymət: 213.666.666,67 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 23.06.2025 10:00
Zərflərin açılış tarixi və vaxtı: 23.06.2025 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Adil Sadıqov, Əsas vəsaitlərlə iş departamentinin Mənzil fondunun idarə edilməsi şöbəsinin rəisi
Email : [email protected]
Əlaqə telefonnu: +994 99 498 18 01 (226)