AILƏ, QADIN Və UŞAQ PROBLEMLƏRI ÜZRə DÖVLƏT KOMITƏSI AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 9 lot üzrə keçirilir::
lot 1 - Görkəmli alim Zəhra Quliyevanın yubileyinə həsr olunmuş elmi praktik konfrans, Uşaq hüquqları müvzusunda dəyirmi masa, Qadın cəzaçəknə müəsssələrində məhkum qadınların problemlərinin öyrənilməsi mövzusunda dəyirmi masanın keçirilməsi işləri
lot 2 - Cəmiyyətdə gedən sosial-iqtisadi proseslərin ailədaxili münasibətlərə təsiri, qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, kütləvi informasiya vasitələrinin ailənin formalaşmasına təsiri, Azərbaycan ailəsi filmlər festivalının keçirilməsi işləri
lot 3 - Beynəlxalq ailə bayramının keçirilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılması, müharibə və əmək veteranları ilə görüş, telviziya kanallarında efir vaxtının alınması, ailə problemlərində beynəlxalq təcrübənin öyrənilməsi müvzusunda tədbirin keçirilməsi işləri
lot 4 - İnsan hüquqları sahəsində marifləndirmə kompaniyası, qadınlara qarşı zorakılığa yox deyək, ailə, qadın, uşaq jurnalının hazırlanması, mən fəxr edirəm ki, azərbaycanlıyam mövzusunda tədbirin keçirilməsi işləri
lot 5 - Narkotiklərə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği, milli mənəvi dəyərin təbliği, yaşlı nəslin təcrübəsindən faydalanaq, erkən nigahlara qarşı yox deyək., fiziki qüsurlu uşaqların sosial inklüzivliyi və cəmiyyətə inteqrasiya mövzusunda tədbirin keçirilməsi işləri
lot 6 - Sayt üçün xəbərlər portalının yaradılması, zorakılığla beynəlxalq mübarizə, yetkinlik yaşına çatmayanlar üçün tərbiyyəvi təbliqat, uşaqların peşəyönümlüyünün öyrənilməsi, natamam ailələrdə böyüyən uşaqların problemlərinin öyrənilməsi mövzusunda tədbirlərin keçirilməsi işləri
lot 7 - Gənc qadınlar - onların cəmiyyətdə rolu, ailə, məktəb və cəmiyyət, sosial çarxların hazırlanması, küçə uşaqları, mediada uşaq hüquqları, bayramlarda ehtiyacı olan uşaqlara hədiyyələrin veriməsi, dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatandan sonra ictimai həyata uyğunlaşması mövzusunda tədbirlərin keçirilməsi işləri
lot 8 - Uşaqların beynəlxalq müdafiəsi günü, Bakı kəndlərində erkən nigahlara qarşı təbliğat, insan alverinin qurbanı olmuş uşaqların sosial reablitasiyası, uşaqlar və sağlam həyat tərzi, umumdünya uşaqların müdafiəsi gününə həsr olunmuş tədbirlərin təşkili işləri
lot 9 - Selektiv abortların, sonsuzluq problemlərinin araşdırılması, beynəlxalq əlillər gününü keçirilməsi, açıq hökumətin təşviqinə dair, qadınlıara qarşı ayrı seçkiliyin yol verilməməsi, uşaqlar arasında intihar hallarının aradan qaldırılması mövzusunda tədbirin keçirilməsi işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ü.Hacıbəyli küçəsi 80 (Hökümət Evi, IV qapı) (Əlaqələndirici şəxs :(012) 498-69-57, telefon :Ü. Hacıbəyli küçəsi 80, Hökümət Evi, IV qapı) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 50 manat
lot 2 - 50 manat
lot 3 - 50 manat
lot 4 - 50 manat
lot 5 - 50 manat
lot 6 - 50 manat
lot 7 - 50 manat
lot 8 - 50 manat
lot 9 - 50 manat
Hesab: | AZ71CTRE00000000000002318501 |
VÖEN | 1700332731 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | BİK:CTREAZ 22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-02-23 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-03-02 18:00qədər Ü.Hacıbəyli küçəsi 80 (Hökümət Evi, IV qapı) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-03-05 11:00 tarixində Ü. Hacıbəyli küçəsi 80, Hökümət Evi, IV qapı) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI