Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi kotirovka sorğusu elan edib.
FED.az xəbər verir ki, Saatlı rayonu, H.B.Zərdabi küçəsi 71a nömrəli ünvanda yerləşən Gənclər Mərkəzi binasının 1-ci mərtəbəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinə aid olan 315.8 kvadratmetr hissəsinin cari təmir olunması üçün kotirovka sorğusu elan edib.
Təkliflər 5 oktyabr 2018-ci il saat 13.00-dək qəbul olunur.
Təklif zərfləri 5 oktyabr 2018-ci il saat 16.00-da açılacaqdır.
Əlaqələndirici şəxs Elşən Soltanov, əlaqə nömrəsi - 050-305-16-40.
Ünvan: Saatlı rayonu, H.B.Zərdabi küçəsi 71a.
Maraqlıdır ki, oktyabrın 5-də müddəti bitən kotirovka sorğusu üçün Komitənin elanı oktyabrın 3-də, yəni müddətin başa çatmasına cəmi 2 gün qalmış açıqlanıb. Üstəlik, komitədə kontaktları göstərilən əlaqələndirici şəxslə də ədaqə saxlamaq mümkün olmayıb.