Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti açıq tender elan edir.
4 milyon manatlıq tender "Avromed Company" QSC-yə - HƏVALƏ OLUNDU
FED.az xəbər verir ki, elanda Bakı şəhəri və İmişli rayonunda salınmış məcburi köçkün qəsəbələrində parkların təmiri işlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1300390531
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 129
Müsabiqənin başlama tarixi və vaxtı : 18.09.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 06.10.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 16.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı : 17.10.2023 15:00
Çatdırılma yeri : Bakı şəhəri Yasamal raronu Tbilisi prospekti 129,Bakı şəhəri və İmişli rayonu.
Çatdırılma müddəti : Üç ay
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamasıqabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması,
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin,işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması haqqında arayış;
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisi bəyannaməsi.
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış
İxtisas göstəriciləri:
Analoji işlərin yerinə yetirilməsində təcrübəsini təsdiq edən sifarişçi müəssisə və təşkilatların tövsiyə məktubları (ən azı 2 tövsiyə məktubu)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fariz Abbasov , sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994124301530