Dövlət İmtahan Mərkəzi "Çap xəttləri üçün sərf materiallarının satın alınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan materiallara OCE VarioPrint 6000 series avadanlığı üçün 300 kq toner və 32 rulon təhlükəsizlik lenti (lentin eni-50mm, rulonun diametri-76mm, rulonda lentin uzunluğu-600m) daxildir.
Tenderdə iştirak üçün tələb olunan məbləğ 250 manatdır, müsabiqə noyabr ayının 25-də başlayıb. Tələb olunan sənədlər dekabrın 15-dək, tender təklifləri isə dekabr ayının 23-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 26-da açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ1138, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi 299