Dövlət Gömrük Komitəsi "MPLS şəbəkəsi vasitəsilə məlumat/səs (data/voice) trafikinin daşınması xidmətinin satın alınması" tenderinin nəticələrini açıqlayb.
FED.az xəbər verir ki, Azercell Telekom MMC (VÖEN: 9900022721) qalib gəlib.
Şirkətlə 38 232 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Azercell Telekom 11.07.1996 tarixində 62 milyon 100 min dollar nizamnamə kapitalı ilə yaradılıb.
Şirkətin qanuni təmsilçisi Zərinə Zeynalova Turan qızıdır.
Hüquqi ünvanı Az1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 149-da yerləşir.