Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi Sizi, “Dəftərxana və təsərrüfat mallarının alınması üzrə” açıq tender elan edir.
Texniki Univeritet kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər www.etender.gov.az dövlət satınalmaların vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olaraq ətraflı məlumat əldə edə və müsabiqədə iştirak üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar 100 (yüz) manat məbləğində (heç bir halda geri qaytarılmır) iştirak haqqını ödədikdən sonra tenderin “Əsas şərtlər toplusu”nu Portal vasitəsi ilə əldə edə bilərlər.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Emitent
Bankın adı - Dövlət Xəzinədarlığı Agentliyi
Bankın kodu - 210005
VÖEN - 1401555071
M/h - AZ41NABZ01360100000000003944
SWİFT - CTREAZ22
Alan - Cənub Ərazi Baş Gömrük İdarəsi
VÖEN - 4100019441
H/h - AZ25CTRE00000000000002242602
Büdcə səviyyəsinin kodu -142330 ( 7 - səviyyə)
İddiaçılar ixtisas uyğunluğu göstəriciləri ilə bağlı aşağıda qeyd edilən sənədləri və məlumatları 30 sentyabr 2021-ci il 14.00-dək Portal vasitəsilə təqdim etməlidir;
1. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olmasının sənədli sübutu;
2. İddiaçının tam adı hüquqi status, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
3. Tenderdə iştirak haqqının ödənilməsi ilə bağlı bank sənədi;
4. Tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
5. Tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərfin açıldığı gündən ən azı 60 gün qüvvədə olmalıdır);
6. Son başa çatmış maliyyə ilində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
7. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin cari ildə təsdiq edilmiş surəti, hüquqi şəxsin dövlət reyestrindən çıxarışının cari ildə təsdiq edilmiş surəti;
8. Hüquqi şəxsin nizamnaməsinin cari ildə təsdiq edilmiş surəti;
9. Vergilərə və digər icbari ödənişlərə, o cümlədən sosial sığorta ödənişlərinə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq səlahiyyətli orqanın arayışı (tender elanından sonrakı tarixə);
10. Son başa çatmış maliyyə ilində maliyyə dövriyyəsini əks etdirən və səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;
11. Satınalma prosedurunun başlamasından əvvəlki 5 (beş) il ərzində özlərinin və ya işlərini idarə edənlərin, qulluqçuların peşəkar fəaliyyəti, yaxud satınalma müqaviləsinin bağlanılması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum edilməməsi, müflis elan olunmaması, əmlakı üstünə həbs qoyulmaması, ödənişə yönələn girovu olmaması, məhkəmənin qərarı ilə komersiya fəaliyyəti dayandırılmış şəxs olmamasının təsdiqi kimi məhkəmə araşdırmalarına cəlb olunub olunmaması barədə məlumat təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində tərtib edilməlidir (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).İddiaçı tenderlə bağlı sualları Portal və ya əlaqələndirici şəxs Rzayev Hicran (tel: 025 295 34 69) vasitəsilə satınalan təşkilata ünvanlaya bilər.
İddiaçılar tender təkliflərini Portal vasitəsilə 08 oktyabr 2021-ci il saat 14.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri baxılmadan geri qaytarılacaqdır.
Tender təklifləri 11 oktyabr 2021-ci il saat 14.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.