Dövlət Gömrük Komitəsi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Dövlət Gömrük Komitəsinin məlumat mərkəzlərində server, saxlanc avadanlıqlarının və şəbəkə infrastrukturunun aktiv-passiv olaraq qurulması xidmətlərinin, təhlükəsizlik həlləri, həmçinin proqram təminatı və lisenziyaların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı yoxdur.
Satınalan təşkilatın VÖEN-i: 1300049571
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Yasamal rayonu İnşaatçılar pr.2
Müsabiqənin başlama tarixi və vaxtı: 06.12.2023 17:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.12.2023 17:45
Zərflərin açılış tarixi və vaxtı: 21.12.2023 17:45
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Fətullayev Pərviz, (daxili 08 23) Rəcəbova Vüsalə (daxili 08 25), Böyük inspektor
Email: [email protected]; [email protected]
Əlaqə telefonu: (012) 404 22 00 (daxili 08 23) (daxili 08 25)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.