Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsi üçün keçirdiyi tikinti işləri tenderlərindən ikisinin nəticəsini açıqlayıb.
Eləcə də bax: Dövlət Gömrük Komitəsinin yeni binasının - TİKİNTİSİNƏ BAŞLAYIR
FED.az xəbər verir ki, tenderləri “Azertikinti-M” MMC qazanıb.
Fond “Azertikinti-M” MMC-yə yeni yaşayış məhəlləsində inzibati binanın tikintisi üçün 125 min 587 manat, tibb məntəqəsinin tikintisi 89 min 203 manat ödəyəcək.
Qeyd edək ki, yeni yaşayış məhəlləsi Samux rayonunda tikilir. Yaşayış məhəlləsi 200 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.