"Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi (DSMF) ISO 9001:2015 və ISO 37001:2016 standartları üzrə təlim, sertifikasiya və audit xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
Tibbi qurum 35,8 milyon manatlıq dərmanlar alacaq - BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb təqdim olunan təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə uyğun gəlməməsi olub. Bu ləğv prosesi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinə əsasən həyata keçirilib.
Ləğv edilmiş tender haqqında ətraflı məlumat:
- Ehtimal olunan qiymət: 68.750 AZN
- Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18 dekabr 2024, saat 15:00
- Zərflərin açılış tarixi və vaxtı: 18 dekabr 2024, saat 15:00
Hazırda DSMF-nin eyni xidmətlər üçün yenidən tender elan edib-etməyəcəyi ilə bağlı rəsmi məlumat yoxdur.