Azərbaycan Respublikası Dövlət Neft Fondu malların, işlərin və xidmətlərin satın alınması ilə bağlı tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender 17 (on yeddi) lot üzrə keçiriləcək.
-
lot 1 - Su nasoslarına texniki xidmətin satın alınması
-
lot 2 - Su təmizləyici qurğulara texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması
-
lot 3 - Serverlər üçün soyutma qurğularına (Cracks) texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması
-
lot 4 - Fasad təmizləmə qurğularına texniki xidmətin satın alınması
-
lot 5 - Generatorlara texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması
-
lot 6 - Ümumi soyutma qurğularına (Chiller) texniki xidmətin satın alınması
-
lot 7 - Kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmətin satın alınması
-
lot 8 - Yanğınsöndürmə qurğularına (FM 200) texniki xidmətin satın alınması
-
lot 9 - Qazanlara (Boiler) texniki xidmətin satın alınması
-
lot 10 - İnzibati binada quraşdırılmış yanğın söndürmə sistemləri və avadanlıqlarına texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması
-
lot 11 - RSA və Cisco sistemlərinin lisenziyalarının 1 il müddətinə uzadılması
-
lot 12 - Mətbəə işlərinin satın alınması
-
lot 13 - Ümumi havalandırma qurğuları (AHU və Fan coil) üçün sərfiyyat mallarının satın alınması
-
lot 14 - Təsərrüfat mallarının satın alınması
-
lot 15 - Dəftərxana ləvazimatlarının satın alınması
-
lot 16 - Yanğından mühafizə sistemlərinə və qurğularına texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması
-
lot 17 - Mühəndis-texniki avadanlıqlara texniki xidmətin satın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 (Əlaqələndirici şəxs : ABDULLA BÖYÜKKİŞİYEV CABİR OĞLU , telefon : +994555548020) ünvanından ala bilərlər.
İştirak haqqı:
-
lot 1 - 50 AZN
-
lot 2 - 50 AZN
-
lot 3 - 50 AZN
-
lot 4 - 50 AZN
-
lot 5 - 50 AZN
-
lot 6 - 50 AZN
-
lot 7 - 50 AZN
-
lot 8 - 50 AZN
-
lot 9 - 50 AZN
-
lot 10 - 50 AZN
-
lot 11 - 100 AZN
-
lot 12 - 50 AZN
-
lot 13 - 50 AZN
-
lot 14 - 50 AZN
-
lot 15 - 50 AZN
-
lot 16 - 100 AZN
-
lot 17 - 50 AZN
Bank rekvizitləri:
-
Hesab: 01360400000000001944
-
VÖEN: 9900071001
-
Bank: Azərbaycan Mərkəzi Bankı
-
Kodu: 501004
-
M/H: 01451700000000001944
-
S.W.İ.F.T: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-
4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
-
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
-
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31.05.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13.06.2019 18:00 qədər AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14.06.2019 10:00 tarixində AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.