İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir.
Mərkəzi Bank İKT avadanlıqları aldı - SİYAHI - MƏBLƏĞ
FED.az xəbər verir ki, elanda işçilərin könüllü tibbi sığortalanması nəzərdə tutulub.
Qeyd edək ki, 3 illik müddətə işçilərin könüllü tibbi sığortalanması üzrə 147 nəfər işçinin 5 000 AZN məbləğində, 3 nəfər işçinin (rəhbər heyət) 10 000 AZN məbləğində könüllü tibbi sığortalanması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti
Ehtimal olunan qiymət: 381.312,00 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 25.11.2024 11:20
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.12.2024 10:00
Zərflərin açılış tarixi və vaxtı: 20.12.2024 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Gülzar Əliyeva, Administrativ departamentin direktor müavini - İnsan resursları qrupunun rəhbəri
Email : [email protected]
Əlaqə telefonu : (+994 12) 498 18 01 (daxili 195)