İpoteka və Kredit Zəmanət Fondu “Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması” tenderinin nəticələrini elan edib.
Dövlət Fondu 144 milyon manatlıq mənzillər alır - TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi Xalid Xaliəddin oğlu Əsgərov olub.
Qalib şəxslə 68 424 517 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, tender üzrə ehtimal olunan qiymət 89,2 milyon manat təşkil edib, amma, qalib şəxs təqribi 21 milyon manat daha ucuz məbləğlə müqavilə bağlayıb.
Qeyd edək ki, satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 500 ədəd olmaqla, 250 ədəd 1 otaqlı, 200 ədəd 2 otaqlı, 50 ədəd 3-4 otaqlı olmalıdır. Yaşayış sahəsinin ümumi sahəsi 1 otaqlı 60-80 m2, 2 otaqlı 90-100 m2, 3-4 otaqlı 120-140 m2 olmalıdır.