Dövlət Əmək Müfəttişliyi Xidməti “Gəncə-Daşkəsən regional şöbəsi üçün inzibati bina sahəsinin icarəsi xidmətinin alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. Müsabiqə fevral ayının 8-də başlayır.Tələb olunan sənədlər martın 1-dək, təkliflər isə martın 10-dək təqdim edilməlidir. Zərflər mart ayının 13-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1700162531
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal ray., M.Naxçıvani küç.25A
Çatdırılma yeri: Bakı şəhəri,Yasamal rayonu,M.Naxçıvani 25A
Çatdırılma müddəti: 30.12.2023
Bina sahəsi üçün tələblər: Tam təmirli iş otaqları (minimum 6 otaq), tam təmirli sanitar qovşağı, daimi işıqlandırma, mərkəzi isitmə və ya kombi sistemi, mərkəzi soyutma və ya kondisionerlərlə havalandırma,telefon,mühafizə kameraları, yanğın söndürmə şitləri və balonları ilə təmin olunmuş tam işlək vəziyyətdə olmalı - 160 kvadrat metr - 12 ay