Dövlət Ehtiyatları Agentliyinin tenderinin vaxtı dəyişdirilib.
FED.az xəbər verir ki, agentlik tərəfindən tərəfindən satın alınan ərzaqlıq buğdanın "ADEA-ya məxsus Səngəçal və Gəncə dalan dəmir yollarına, habelə ərzaqlıq buğda ehtiyatının aidiyyəti üzrə kənar saxlanc üçün nəzərdə tutulan digər dalan dəmir yollarına kimi daşınması xidmətləri"nin satınalınması davam edən müsabiqə üzrə malgöndərənin müraciəti əsasında tender təklifinin və tender təklifi ilə bağlı bank zəmanətinin imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə Azərbaycan, Bakı şəhəri, Heydər Əliyev prospekti, 152, AZ1029, Çinar Plaza Biznes Mərkəzi, 23-cü mərtəbəyə təqdim edilməsi müddəti malgöndərənin müraciəti əsasında 18.01.2024-cü il saat 15:00-a qədər uzadılıb.
Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 19 yanvar 2024-cü il tarixində saat 15:00-da Azərbaycan, Bakı şəhəri, Heydər Əliyev prospekti, 152, AZ1029, Çinar Plaza Biznes Mərkəzi, 30-cu mərtəbə ünvanında yerləşən ADEA-nın iclas zalında açılacaqdır.
Əlaqələndirici şəxs: Mustafayev Orxan Minacəddin oğlu.
Ünvan: Azərbaycan, Bakı şəhəri, Heydər Əliyev prospekti, 152, AZ1029, Çinar Plaza Biznes Mərkəzi, 23-cü mərtəbə.
Əlaqə nömrəsi: +99412 210 01 95 (daxili:2287)
Elektron poçt ünvanı: [email protected]; [email protected]