Dövlət Dəniz və Liman Agentliyinin 4 tenderi ləğv olunub.
FED.az xəbər verir ki, bunlar dəftərxana, təsərrüfat ləvazimatlarının və katriclərin satınalınması, katriclərin doldurulması xidməti, qazanxana, kondisioner və generatorlara servis xidməti və cari təmir işləri və avtomobillərin cari təmir işlərinin satın alınması dair tenderlərdir.
Hər dörd tenderin ləğv olunma səbəbi elektron tender üzrə təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 maddəsinin tələblərinə əsasən tenderin davamından imtina edilməsidir.
İlk iki tenderin ləğv edilmə mətnində qeyd olunur ki, elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir.
Digər iki tenderin ləğv edilmə mətnində isə bildirilir ki, müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə, müsabiqənin tamamlanması mümkün olmayacaqdır.
Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsin görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.