“Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 2018-ci il üçün radio və TV kanallarında reklamların yerləşdirilməsi ilə bağlı xidmətlərin satınalınması ilə bağlı tender elan edilib.
Bankdan FED.az -a verilən məlumata görə, tender iştirakçıları təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 100 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 yanvar 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 16 yanvar 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri 17 yanvar 2018-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaq.
Dövlət bankı tender elan edib
10:58
23 Dek 2017