Mərkəzi Bank kotirovka sorğusu keçirir.
FED.az xəbər verir ki, sorğuda nəqliyyat vasitələrinin təmizlənməsi xidmətinin satın alınması nəzərdə tutulub.
Təkliflərin açılma proseduru 20 fevral 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.
Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 15,32 (on beş manat 32 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 20 fevral 2024-cü il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.
Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
Xidmətin göstərilməsi müddəti: satınalma müqavilə imzalandığı tarixdən 1 (bir) il müddətində.
Qiymətləndirmə meyarı: qiymət amili.
Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs: Böyükkişiyev Abdulla Cabir oğlu,
Vəzifəsi: Böyük mütəxəssis,
Elektron poçt ünvanı: [email protected]