Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən elan olunan tender ləğv olunub.
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
FED.az xəbər verir ki. sözügedən tender Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün Qarayara, Çiçək və infeksion Nodulyar Dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin satın alınması məqsədilə elan edilmişdi . Tenderin ehtimal olunan dəyəri 3 185 061 manat təşkil edirdi.
Müsabiqə 12 may 2025-ci il tarixində saat 20:13-də elan edilmiş, təkliflərin qəbulu və zərflərin açılışı 13 iyun 2025-ci il saat 12:00-da baş tutmalı idi. Lakin satınalma prosesi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə dayandırılıb. Əlavə detallar açıqlanmayıb.