İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin, eləcə də mövsümi qrip peyvəndlərinin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Eləcə də bax: Şuşa üçün 2 milyon manat xərclənəcək - TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, hər 2 tenderin qalibi “Azəri Med” QSC-dir.
Qalib şirkətə müvafiq olaraq 1,357 milyon manat və 0,993 milyon manat, ümumilikdə isə 2,35 milyon manat ödəniləcək.