Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi təmizlik xidməti ilə bağlı daha bir neçə tenderlərin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi "Parlaq Məkan" MMC (VÖEN: 1004445421) seçilib.
Belə ki, şirkətlə "Şəki regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 186 480, "Kürdəmir regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 174 607, "Mingəçevir regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 155 074, "Masallı regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" 148 531, "1 saylı Bakı “ASAN xidmət” mərkəzində 2023-cü il ərzində təmizlik işlərinin görülməsi" tenderi üzrə 261 120 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 925 812 manatdır.