İcbari Tibbi Sığorta Agentliyi növbəti iki tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Arash Medical Company" MMC (VÖEN: 1402018961) olub.
Qalib şirkətlə "“Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi alətlərin satın alınması (II elan)." tenderi üzrə 452 883 manat, "“Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıqların satın alınması (II elan)." tenderi üzrə 4 511 251 manatŞ, cəmi 4 964 134 manat məbləğində müqavilə imzalanıb.
"Arash Medical Company" MMC daha öncə də həmin agentliyin 265 289 manat dəyərindəki "Agentliyi “Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması ilə bağlı tenderinin qalibi seçilib (22.02.2023 .