İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi növbəti iri məbləğli tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, həmin tenderdə ““Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması” nəzərdə tutulur.
Tenderin qalibi “Orn Group” MMC olub.
Qalib şirkətə 15 071 219 manat ödəniləcək.