İcbari Tibbi Sığorta Agentliyi “Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması ilə bağlı 4 tenderə yekun vurub.
FED.az xəbər verir ki, qaliblər müxtəlif şirkətlərir.
Dövlət Agentliyi "Medsol" MMC ilə (VÖEN: 1502350481) 6 674 859 manatlıq, "Kripto Lab" MMC ilə (VÖEN: 3300546471) 1 031 883 manatlıq, "Gill Med" QSC ilə (VÖEN: 5000825521) 501 535 manatlıq, "Azfar MED" MMC ilə "VÖEN: 1405379621) 40 249 manatlıq müqavilə bağlayıb.
Dörd müqavilənin ümumi məbləği 8 milyon 248 min 526 manatdır