İcbari Tibbi Sığorta Agentliyi təmizlik xidməti ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda 1. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tosltoy 170 ünvanında yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 93 ünvanında yerləşən BEGOG Biznes Mərkəzinin 6-cı mərtəbəsinin şimal qanadı hissəsindəki və Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında yerləşən “Ç” blokunun 3-cü mərtəbəsindəki qeyri-yaşayış sahələri üçün təmizlik işlərinin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqə 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı - Nəsimi rayonu, Lev Tolstoy küç 170
Müsabiqənin başlama tarixi və vaxtı: 13.06.2023 16:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 07.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 17.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 18.07.2023 10:00
Müqavilə üzrə ödəmələr (avans ödənişi nəzərdə tutulmamışdır) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı şəhəri, Nəsimi rayonu, Lev Tosltoy 170 ünvanında yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 93 ünvanında yerləşən BEGOG Biznes Mərkəzinin 6-cı mərtəbəsinin şimal qanadı hissəsindəki və Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında yerləşən “Ç” blokunun 3-cü mərtəbəsindəki qeyri-yaşayış sahələri
Çatdırılma müddəti - 12 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının Nizamnaməsi
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının Rekvizitləri
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının (mənfəət vergisinin bəyannaməsi) surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tender iştirakçısının müflis elan olunmaması əmlakı üzərinə həbs qoyulmaması ödənişə yönəlmiş girovun olmaması məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
İddaiaçının mikro, kiçik və orta sahibkarlıq subyektli olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış
Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün habelə işlərini idarə edənlərin qulluqçularının peşəkar fəaliyyətləri yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır
İxtisas göstəriciləri:
Ən azı 10 nəfər və ya daha artıq işçilərin tender predmetinin təyinatı üzrə işləri görə biləcək işçilərin olması.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması
Oxşar işlər üzrə məlumat
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əhmədağa Salayev, Baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: (055) 224 42 41
iş saatları: 08:00-17:00; iş rejimi: 1 növbə; Hər üç qeyri yaşayış sahənin ümumi sahəsi 1709.70+728.00+1.362.00 = 3799.70m2