İcbari Tibbi Sığorta Dövlət Agentliyi agentliyin əməkdaşları üçün müxtəlif təlimlərin keçirilməsi xidmətləri üzrə tender elan edir.
- "Diamed CO"-ya 1,1 milyonluq sərfiyyat malları sifarişi - TENDER NƏTİCƏSİ
-
Dövlət agentliyi təlim xidmətlərinə 32 min manat xərcləyəcək - TENDER NƏTİCƏSİ
-
Dövlət qurumu 10 000 nəfərə təlim xidməti alır - TENDER ELANI
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır. Müsabiqə fevral ayının 21-də başlayıb.Tələb olunan sənədlər martın 15-dək, təkliflər isə martın 30-dək təqdim edilməlidir. Zərflər mart ayının 31-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Çatdırılma yeri: Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170
Çatdırılma müddəti: 12 ay
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Şifahi və yazılı ünsiyyyət bacarıqları (Təlim götürənlərin sayı 96 nəfər olmaqla, 8 qrup) |
1.Ünsiyyətin növləri və nitq mədəniyyəti 2.Nitq vərdişlərinin inkişafı (Diksiya,intonasiya, vurğu) 3. Verbal ünsiyyətin əsas göstəriciləri 4.İctimaiyyət qarşısında çıxış 5.Özünü təqdimetmə mədəniyyəti 6. Ünsiyyət zamanı davranış mədəniyyəti 7.İnformasiyanın ötürülməsində iştirak edən kanallar (bədən dili, jestlər, mimika) 8.İşgüzar görüşlərdə bədən dilindən düzgün istifadə 9.Dinləmə və izahetmə bacarıqları 10.Effektiv geri bildirim (həmkarlar arasında feedback) 11.Ünsiyyət zamanı təsiretmə və inandırma bacarıqları 12.Telefonda ünsiyyət 13. İşgüzar yazışmaların əsas istiqamətləri, imkan və məhdudiyyətləri 14.İşgüzar məktubun quruluşu, tərkibi, tərtibatı və əhatə dairəsi 15.E-maildən istifadə və elektron məktubların yazılması qaydaları 16.İşgüzar məktuba diqqəti necə cəlb etməli 17.İşgüzar məktubların tərtibatında edilən ən kobud səhvlər 18. İşgüzar yazışmalarda subordinasiya və etik qaydalara əməl edilməsi. |
18 |
adam-saat |
2 |
Zamanın idarəedilməsi və planlama (Təlim götürənlərin sayı 62 nəfər olmaqla, 6 qrup) |
1.Zamanın idarəedilməsi anlayışı, məzmunu və xususiyyətləri. 2.Tapşırıqların düzgün prioritetləşdirməsi (Paretto prinsipləri və Eyzenhauer matriksi) 3.Hədəflərin müəyyənləşdirilməsi, verilən tapşırıqların düzgün planlaşdırılması (“SMART” məqsədlər) 4. Vaxtın səmərəli şəkildə idarə edilməsi məqsədilə effektiv olmayan vərdişlərin aradan qaldırılması 5.Prokastinasiya (Tapşırıqların ertələnməsi) 6.Tapşırıqların icrası zamanı diqqətin idarə edilməsi 7.Tapşırıqların düzgün planlaşdırılması metodları (WBS, Gantt Chart və s) 8.İş və həyat balansı (istirahət və özünüyeniləmə) |
12 |
adam-saat |
3 |
Excel vasitəsilə avtomatlaşdırma və hesabatlılığın qurulması (Təlim götürənlərin sayı 121 nəfər olmaqla, 10 qrup) |
A səviyyə: 1.Excel faylının yaradılması və idarə olunması 2.Xüsusi köçürmələr (paste special option) 3.Xanaların formatlaşdırılması, şrift (font), düzləndirmə (alignment), xana tipləri (number formats) 4.Qısayollar 5.Cədvəl kimi formatlamaq A səviyyə: 1.Excel faylının yaradılması və idarə olunması 2.Xüsusi köçürmələr (paste special option) 3.Xanaların formatlaşdırılması, şrift (font), düzləndirmə (alignment), xana tipləri (number formats) 4.Qısayollar 5.Cədvəl kimi formatlamaq 6.Xana üslubları (cell style) 7.Doldur menyusu (fill) 8.Səhifə parametrləri 9. Funksiyalar (sum, count, average, time, date,left, right, , if, now,max, min, trim,today) 10.Qrafiklər 11.Pəncərə (window) menyusu 12.Şərti formatlaşdırma 13.Sürətli doldur (flash fill) 14. Fərqli tap-seç (Go to special) 15.Pivot table, pivot chart 16. (Kiçik qrafiklər) (Sparklines) 17.Slayser, zaman tuneli (slicer, timeline) 18.Hiperəlaqə (hyperlink), 19.Power view 20.Text menyusu 21. Xəta tipləri, funksiyalar (if, ifs, and, iferror,or, search, find, xlookup,filter,sort, concatenate,text,upper,proper,sumif, sumifs,countif,median, mid,networkdays,match, index,hlookup,unique,subtotal, round, sequence) 22.Hesablama (Calculation) 23. Müəyyənləşdirilmiş adlar (Defined names) 24.Verilənlərin idarəedilməsi (Data tools) 25.Sürətli analiz alətləri (Quick analysis tool) 26.Konturlama (outline) 27.Qruplaşdırma 28. Formula yoxlanılması (Formula auditing) 29.İşçi kitabını qoru (protect and share workbook) B səviyyə 1.Funksiya birləşdirilməsi 2.Dinamik qrafiklər 3.VBA, macros 4.Power pivot |
56 |
adam-saat |
4 |
Təqdimat bacarıqları (power point vasitəsilə təqdimat hazırlanması) (Təlim götürənlərin sayı 38 nəfər olmaqla, 3 qrup) |
1.Təqdimat bacarıqları anlayışı 2.Təqdimat zamanı davranış 3.Təqdimatı effektiv edən vasitələr 4.Təqdimatda tipik səhvlər 5.Təqdimatların hazırlanmasında istifadə olunan texniki vasitə və proqramlar 6.Power point proqramında təqdimatın hazırlanması, şablonlarla iş, slaydlarla iş və dizayn hazırlanması 7.Slaydlarda cədvəl, mətn,qrafik və şəkillər 8.Slaydlarda audio, video, səs və animasiyalar 9.Power point proqramında təqdimata hazırlıq mərhələsi |
16 |
adam-saat |