İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – Azpromo açıq tender elan edir.
AZPROMO elan etdiyi tenderin - NƏTİCƏLƏRİNİ AÇIQLADI
Azərbaycanın investisiya potensialı Macarıstanda - TƏQDİM OLUNUB
FED.az xəbər verir ki, elanda Yaponiyanın Tokio şəhərində "İnvestment Roadshow" tədbirinin keçirilməsi ilə bağlı müxtəlif xidmətlərin satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1604536911
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44
Ehtimal olunan qiymət: 520.000,00 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 16.04.2024 09:58
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 08.05.2024 09:00
Zərflərin açılış tarixi və vaxtı: 08.05.2024 09:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fərid Mahmudov, Satınalmalar və təchizat şöbəsinin müdiri
Email : [email protected]
Əlaqə telefonu : +994502646494
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
Kod |
1 |
Tədbir zalının icarəsi |
Tədbirin tarixi 5-6 mart, Tokio şəhərinin Çiyoda (Chiyoda) xüsusi rayonunda, 350 nəfərlik tutumu olan beynəlxalq şəbəkəyə aid 5 ulduzlu mehmanxananın konfrans zalı və ya analoji səviyyədə olan biznes mərkəzinin icarəsi. Oturuş qaydası yumru masalarla, "yarım-ay" şəklində olmalıdır |
2 |
gün |
90111501 |
2 |
İndividual görüşlər üçün otaq icarəsi |
Tədbir günləri 20 nəfərlik B2B görüşlər üçün otaq icarəsi (Rəsmi qonaqlar üçün. Çay-kofe xidməti və iki nəfər ofisiant təşkil edilməlidir) (Tədbir keçiriləcək məkanda) |
4 |
ədəd |
90111501 |
3 |
LED monitorun icarəsi |
Tədbirin keçiriləcəyi məkanda 5x18 metr ölçüdə P1.8 LED 3D effects monitorun icarəsi. Monitor 5x3, 5x12, 5x3 metr ölçüsündə 3 hissəyə bölünmüş ekran qövsvari şəklində quraşdırılmalıdır. LED ekran eyni ölçülü səhnə üzərində qurulmalıdır. |
2 |
gün |
43211911 |
4 |
Tribuna icarəsi |
Elektron tribuna 1.20 metr hündürlükdə |
2 |
gün |
56101706 |
5 |
Səs sisteminin icarəsi |
8 ədəd səs ucaldıcı, 1 tribuna mikrofonu, 4 əl mikrofonu, 3 yaxa mikrofonu |
2 |
gün |
45111704 |
6 |
Sensor monitorunun (Touch screen) icarəsi |
4 ədəd, Ölçü: 55 düym, 3840x2160 (4K) |
2 |
gün |
43211903 |
7 |
Sensor monitoru (Touch screen) üçün rəqəmsal məzmunun hazırlanması |
Ölkənin əsas makroiqtisadi göstəriciləri, qeyri-neft ixracı və investisiya potensialı ilə bağlı Sifarişçi tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanacaq. Məlumatların ingilis və yapon dillərinə tərcüməsi qiymətə daxil olmalıdır. Ən çoxu 20 000 sözdən ibarət kontent |
1 |
ədəd |
43211903 |
8 |
Masa dekoru |
Tədbir zamanı yumru masaların üzərində gül və güldan, şüşə qabda hər adama 0.33 lt premium su və bokal, qələm və bloknot dəsti olmalıdır |
2 |
gün |
56141601 |
9 |
Kofe-breyk |
1ci gün 2 dəfə coffee break - 300 nəfər, 2 ci gün 1 dəfə - 150 nəfər və B2B görüşlər üçün Coffee Break - 40 nəfər (4 otaq üçün). Səhər kofe-breyk menusu: Ballı Fındıq Topu, Qara Şokoladlı Kurabiyə; Donut; - Ananaslı Yoqurt; - Mövsümi meyvələr; - Pendirli vetçinalı kruasan sendviçi; - alma-kök şirəsi (şüşədə); - Laym və nanəli su; - Təzə dəmlənmiş Qəhvə, Çay və Süd. Axşam kofe-breyk menyusu: - Qozlu və Şokoladlı Brauni, Ağ Şokoladlı Kurabiyə; - Ətli sendviç; - Qovrulmuş Yerkökü və Kinoa Salatı; - Qırmızı lobya humusu - mini simit çipsləri; - Krevetli Salat; - Mövsümi meyvələr; - Nar-Banan-Yoqurt (şüşədə); - Su, giləmeyvə; - Təzə dəmlənmiş Qəhvə, Çay və Süd |
490 |
nəfər |
90101701 |
10 |
Nahar yeməyi |
Nahar menusu: Hisə verilmiş Kub şəklində mal əti biftek; - Krevetli salat; - Düyü və ya bulqur-Yarım Qurudulmuş Pomidor-Kartof Püresi; - Mal ətli mini burger-BBQ Sousu- Pomidor-Qırmızı Çedar pendiri; - Krevetli kotlet; - Çöp şişdə mini kabab; - Dəniz məhsullarından tost; - Xırçıldayan Qızardılmış Yumşaq Qabıqlı Krevetli Tako-Vasabi ilə; - Portağallı Cheesecake; - Limonlu Beze Tortu; - Makaron |
300 |
nəfər |
90101501 |
11 |
Şam yeməyi |
Tokio şəhərində 1-ci gün tədbirdən sonra 5* restoranda. Şam yeməyi menusu: - Edamame; - Sashimi və nigiri; - İncə doğranmış mal əti; - Yumşaq qabıqlı xərçəng və ya dəniz məhsulu; - Toyuq nagetsləri; - Tempura krevetli; - Miso şorbası; - Teriyaki ördək (incə doğranmış); - Qızıl balıq; - Mochi dondurma; - krem karamel; - Meysari və ya Hillside Wine quru və kəmşirin. |
100 |
nəfər |
90101501 |
12 |
Aparıcı |
Tədbir baş tutacaq məkanda ssenari üzrə tam günlük tədbirin idarə olunması. Satınalma predmetinə oxşar xüsusiyyətli, məzmunlu və ya mahiyyətli sahə üzrə 5 il təcrübə və səlis şəkildə İngilis və Yapon dilləri biliyi mütləqdir. Aparıcı, qiymət təklifi zamanı öncədən sifarişçi ilə razılaşdırılmalıdır. |
2 |
gün |
90131501 |
13 |
Tərcüməçi |
2 gün ərzində 12 saatlıq. Yapon-İngilis, Yapon-Rus dilləri |
10 |
nəfər |
90121702 |
14 |
Sinxron tərcüməçi |
2 gün ərzində 9 saatlıq. Yapon-İngilis, Yapon-Rus dilləri |
2 |
nəfər |
90121702 |
15 |
Sinxron tərcümə avadanlığının icarəsi |
Tədbir zamanı 250 nəfərlik istifadə olunacaq tərcümə avadanlığı: qulaqcıq, səs ötürücü, tərcüməçi budkası və s. |
2 |
gün |
45112101 |
16 |
Mikroavtobus icarəsi |
Mercedes Sprinter 2022-ci il və daha yuxarı modellər. 12 saat gün ərzində, 2 günlük şəhər içi |
2 |
ədəd |
25101501 |
17 |
Biznes sinif sedan icarəsi |
Rəngi qara, Mercedes S-class 2022-ci il və daha yuxarı modellər. 12 saat gün ərzində, 2 günlük şəhər içi |
2 |
ədəd |
25101503 |
18 |
Rəhbər heyəti üçün hədiyyə |
Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyəsi (qiymət təklifi zamanı foto şəkil əlavə olunmalı və öncədən sifarişçi ilə razılaşdırılmalı). Tokio şəhərində təqdim olunacaq, loqistika xərcləri nəzərə alınmalıdır |
30 |
ədəd |
50193401 |
19 |
Nümayəndə heyəti üçün hədiyyə |
Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyəsi (qiymət təklifi zamanı foto şəkil əlavə olunmalı və öncədən sifarişçi ilə razılaşdırılmalı). Tokio şəhərində təqdim olunacaq, loqistika xərcləri nəzərə alınmalıdır |
50 |
ədəd |
50193401 |