Dövlət Turizm Agentliyi iki tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir iki hər iki tenderin qalibi "AZEXPOMONTAGE" MMC (VÖEN: 1302174151) olub.
Belə ki, "Dövlət Turizm Agentliyi tərəfindən 2023-cü ilin 8-11 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması" tenderi üzrə 93 037, "Dövlət Turizm Agentliyi tərəfindən 2023-cü ilin 14-15 fevral tarixlərində İsrailin Tel-Əviv şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması" tenderi üzrə 361 641 manat dəyərində müqavilə imzlanıb.
Bağlanmış müqavilələrin dəyəri 454 678 manatdır..
Qeyd edək ki, "AZEXPOMONTAGE" MMC 15.03.2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizmanamə kapitalı 3000 manatdır. Qanuni təmsilçisi isə İlham Hüseynov Əliheydər oğludur. Şirkətin hüququ ünvanı Az1065, Bakı Şəhəri Yasamal Rayonu, İsmayılbəy Qutqaşınlı, Ev 4, M. 103-də yerləşir.