İqtisadi Zonaların İnkişafı Agentliyi “Azeriss” MMC (VÖEN: 3104324541) ilə müqavilə bağlayıb.
FED.az xəbər verir ki, bağlanmış müqavilənin dəyəri 1 448 093 manatdır.
Təkliflər sorğusunda İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən sənaye parkları və sənaye məhəllələrində rezidentlərin fəaliyyətinin təmin olunması üçün mövcud infrastrukturun gündəlik və əsaslı təmir işləri, eyni zamanda baş verə biləcək qəzaların operativ və dərhal aradan qaldırılması məqsədi ilə elektrik və komunikasiya xidmətlərinin göstərilməsi üçün mal-material və avadanlıqların satın alınması nəzərdə tutulur.